"3+3" platformasının növbəti iclası Türkiyədə keçiriləcək - Çavuşoğlu

Hazırda oxunan: "3+3" platformasının növbəti iclası Türkiyədə keçiriləcək - Çavuşoğlu

51421

Cənubi Qafqaz üzrə “3+3” məsləhətçi regional platformasının növbəti iclası Türkiyədə keçiriləcək. Ankara Gürcüstanın iştirakına ümid edir. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu bazar günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslamabadda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Əfqanıstanda keçirilən 17-ci fövqəladə iclasında çıxışı zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Gürcüstanın “3+3” formatından imtinası yalnız özünə ziyandır” - Politoloqdan ŞƏRH


“Cənab Ceyhun Bayramovla mən Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüşünü, Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən 3+2 platformasının görüşünü müzakirə etdik. Gürcüstanın Türkiyədə keçiriləcək növbəti görüşdə iştirak edəcəyinə inanırıq”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Bundan əvvəl Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qarabağ üzrə altıtərəfli əməkdaşlıq formatı və Cənubi Qafqazda iqtisadi-nəqliyyat əlaqələrinin blokadadan çıxarılması məsələsi ilə çıxış ediblər.

Rusiya və İran bu ideyanı alqışlayıblar. Gürcüstan elan edib ki, bu regional təşəbbüsdə iştirak etməyi planlaşdırmır, lakin “üçlük” şəklində sülhün qorunması üçün Bakı və İrəvana öz danışıqlar formatını təklif edir.

Dekabrın 10-da Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində 3+3 regional məsləhət platformasının ilk iclası keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO