Türkiyənin Azərbaycandakı Səfirliyi Qars şəhərinin Sarıqamış rayonunda dünən baş verən ağır yol qəzasında ölən azərbaycanlıəların ailələrinə başsağlığı verib.
Bu barədə Bizim.Media səfirliyin tviterdəki hesabına istinadən xəbər verir.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə avtobus qəzası: 2 Azərbaycan vətəndaşı həlak oldu
“Qarsın Sarıqamış rayonunda baş verən avtobus qəzasında ikisi Azərbaycan vatandaşı olmaqla dörd nəfər həyatını itirib. Vəfat edən bütün qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbirlə başsağlığı, yaralılara şəfalar diləyirik”, - səfirliyin tviterdəki hesabında qeyd edilib.
Bizim.Media
Kars'ın Sarıkamış ilçesinde yaşanan otobüs kazasında 2'si Azerbaycan vatandaşı 4 kişi hayatını kaybetmiştir.
— Bakü Büyükelçiliği (@TCBAKUBE) December 19, 2021
Vefat eden tüm kardeşlerimize Allah'tan rahmet, yakınlarına sabır ile başsağlığı, yaralılara acil şifalar dileriz.