“Nikol Paşinyan tanınmış yalançıdır, onun açıqlamalarını əsas götürüb məntiqi təhlil aparmağa ehtiyac görmürəm”.
Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın Respublika Partiyasının parlament fraksiyasının üzvü Tiqran Abramyan dünən partiyanın qurultayından sonra baş nazirin ərazi güzəştləri olmadan “Artsax” (Qarabağdakı qondarma rejim) məsələsini həll etməyin mümkünsüzlüyü barədə bəyanatına münasibət bildirərkən səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilərin Soçi etirafları: Dəfn olunan “Artsax”, Paşinyanın razılaşdığı dəhliz...
“Əslində Laçın dəhlizinin bizim üçün ölkənin dövlətçiliyinə təhdid kimi çox həssas tərəfi var. Azərbaycanın bu yaxınlarda qaldırdığı məsələ - Laçın dəhlizində nəzarət-buraxılış məntəqələrinin yaradılması, əslində, “Artsax” və Ermənistan Respublikasının dövlətçiliyinin sonu deməkdir”, - deyə o, qeyd edib.
Ermənistan-Türkiyə münasibətlərinin qurulmasından danışan Abramyan bildirib ki, bu mövzuda da Ermənistanın maraqları heç bir şəkildə nəzərə alınmır, çünki onlar qarşıya qoyulan ilkin şərtləri müxtəlif sosial-iqtisadi nailiyyətlər içərisində paketləməyə çalışırlar.
Bizim.Media