Türkiyənin İzmir vilayətində kömür mədənində baş verən partlayışda 22 işçi müxtəlif dərəcəli yüngül xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz qəza yerindəki vəziyyət barədə məlumatında bildirib. Nazirin sözlərinə görə yaralılar xəstəxanalara yerləşdirilib.
Rəsmi məlumata əsasən, qəza Kınık bölgəsində meydana gələn partlayış nəticəsində baş verib. Həmin vaxt mədəndə 50-yə yaxın işçi olub.
Qəza bölgəsinə İzmir və Manisa vilayətlərindən təcili tibbi yardım briqadaları cəlb olunub.
Bizim.Media
- A-
- A
- A+
Region
08:42 / 19.12.2021
Türkiyədə mədəndə PARTLAYIŞ: 22 nəfər xəsarət aldı
Hazırda oxunan: Türkiyədə mədəndə PARTLAYIŞ: 22 nəfər xəsarət aldı
Hazırda oxunan: Türkiyədə mədəndə PARTLAYIŞ: 22 nəfər xəsarət aldı
51361
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.