Türkiyədə minimum əmək haqqı 1.5 dəfə artırılacaq – ƏRDOĞAN AÇIQLADI

Türkiyədə minimum əmək haqqı 1.5 dəfə artırılacaq – ƏRDOĞAN AÇIQLADI

Hazırda oxunan: Türkiyədə minimum əmək haqqı 1.5 dəfə artırılacaq – ƏRDOĞAN AÇIQLADI

51012

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı, dekabrın 16-da ölkədə 2022-ci il üçün yeni minimum əmək haqqının məbləğini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Anadolu” agentliyi yayıb.

Türkiyə liderinin sözlərinə görə, yeni minimum əmək haqqı 4250 lirə müəyyən edilib.

“Ölkədə gələn il üçün minimum əməkhaqqının səviyyəsi indiki rəqəmi 50 faiz üstələyir. Biz ölkə iqtisadiyyatının əsasını təşkil edən işçiləri və işəgötürənləri dəstəkləməyə çalışırıq”, - deyə Ərdoğan vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Türkiyə hökuməti pandemiya dövründə əhaliyə və iqtisadiyyata dəstək kursu həyata keçirir. Türkiyə lideri qeyd edib ki, lazımi addımlar atılacaq.

“2022-ci il yanvarın 1-dən Türkiyə minimum əməkhaqqından gəlir vergisi və ödənişləri ləğv edəcək. Bu addım işəgötürənləri qorumaq məqsədi daşıyır. Türkiyədə minimum əmək haqqının tarixi artımı fonunda biz də işəgötürənlərin üzərinə düşən yükü 450 lirə azaldırıq”, - deyə o əlavə edib.

Prezident Ərdoğan yaxın günlərdə Türkiyədə sabitliyin və iqtisadi artımın təmin edilməsinə töhfə verəcək qərarların veriləcəyini bildirib.

Qərar birbaşa Türkiyədə 7 milyona yaxın işçiyə, dolayısı ilə isə bütün ölkə əhalisinə aiddir.

Türkiyədə yeni minimum əmək haqqı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə ölkənin həmkarlar ittifaqları arasında aparılan danışıqlardan sonra müəyyən edilib.

Türkiyədə 2021-ci ildə minimum əmək haqqı bir işçi üçün 3577,5 lirə (vergilər istisna olmaqla) müəyyən edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO