Saakaşvilinin ölkəyə gəlməsinə bu məmur da kömək edib - TƏFƏRRÜAT

Saakaşvilinin ölkəyə gəlməsinə bu məmur da kömək edib - TƏFƏRRÜAT

Hazırda oxunan: Saakaşvilinin ölkəyə gəlməsinə bu məmur da kömək edib - TƏFƏRRÜAT

49848

Tbilisi Şəhər Məhkəməsində eks prezident Mixeil Saakaşvilinin sərhədi qanunsuz keçmə işi üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media xəbər verir ki, baş tutan məhkəmə iclasında Saakaşvili iştirak etmir.

O, ötən gün özünü yaxşı hiss etmədiyini və məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirib.

Mixeil Saakaşvilinin sərhədi qanunsuz keçmə işi üzrə prokuror Levan Vepxvadze jurnalistlərə müsahibəsi zamanı, Saakaşvilinin ölkəyə gəlməsinə keçmiş hakimiyyətin dövründə yüksək vəzifədə olan bir şəxsin kömək etdiyini bildirib, lakin onun kimliyini açıqlamayıb:

“Fakt budur ki, təqsirləndirilən Mixeil Saakaşvili dövlət sərhəd keçid məntəqələrindən ölkəyə qanuni olaraq daxil olmayıb. Onun Ukraynadan Gürcüstana qanunsuz olaraq gəlməsinə keçmiş hakimiyyətin dövründə hüquq-mühafizə orqanında yüksək vəzifədə olan bir nəfər şəxs kömək edib", - deyə Vepxvadze bildirib.

Saakaşvilinin vəkili Beka Basilaya isə Saakaşviliyə kömək edən hər kəsin cinayətkar deyil, əsl qəhrəman olduğunu deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO