Gürcüstanda azərbaycanlı deputat OĞURLANDI - FOTO

Gürcüstanda azərbaycanlı deputat OĞURLANDI - FOTO

Hazırda oxunan: Gürcüstanda azərbaycanlı deputat OĞURLANDI - FOTO

49846

"Dünən saat 12 radələrində, Gürcüstanda Yuxarı Orzuman məktəbinin qarşısında qara " Mercedes" markalı avtomobildən düşən mülkü geyimli şəxslər Ramiz Ramazanovla söhbət etdikdən sonra onu naməlum yerə apariblar".

Bizim.Media xəbər verir ki, bunu ictimai fəal Elmar Həsənli sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, müxalif "Vahid Milli Hərəkat"ın Dmanisi Bələdiyyə Məclisinin üzvü Ramazanov qaçırılıb.

O, qeyd edib ki, hələ də onun ailəsi rəsmi və qeyri rəsmi məlumat ala bilməyib. Bundan əlavə, Dmanisi Bələdiyyə Məclisinin müxalifəti hökuməti şantaj və təhdiddə ittiham edir.

Belə ki, Dmanisi Bələdiyyə Məclisində müxalifət və hökumətin 15 deputatı var. Növbəti iclas cümə gününə təyin edilib.

Dmanisidə birinci sessiya uğursuz olub və Bələdiyyə Məclisinə sədr seçilə bilməyib, bu dəfə də eyni şey olsa, rayonda yeni seçkilər təyin olunacaq.

“Onun özü mənə dedi ki, elə vəziyyətə düşmüşəm ki, ya içəri girməliyəm, ya da intihar etməliyəm, sonra onunla əlaqə kəsildi”, - deyə R. Ramazanovun komanda yoldaşlarından biri "Mtavari"yə müsahibəsində deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO