Əldə edilən məlumata görə, bir neçə dəqiqə əvvəl Rusiya Müdafiə Nazirliyinin xüsusi təyyarəsi Erebuni hərbi hava limanına eniş edib. Təyyarə Rusiya delimitasiya və demarkasiya komissiyasının nümayəndələrini İrəvana gətirib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Hraparak” qəzeti yayıb.
Mənbə delimitasiya və demarkasiya prosesinə bu həftə başlanacağını yazıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan parlamenti müxalifətin delimitasiya ilə bağlı layihəsini rədd etdi
“Komissiyanın Ermənistandakı nümayəndələrinin kim olacağı hələ məlum deyil. Azərbaycan və Rusiyanın bu məsələdə niyə tələsdiyini, hətta Yeni il bayramı ərəfəsində prosesə başlamaq istəməsini anlamaq qalır.
İddiaya görə, komissiyanın işinə Rusiya sülhməramlılarının Qarabağdakı keçmiş komandanı, general-leytenant Rüstəm Muradov rəhbərlik edəcək”, deyə nəşr qeyd edib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qevorq Altunyan mövzu ilə bağlı “Hraparak” qəzetinə yalnız bunu deyib: “Nazirliyin funksiyalarının 90%-i məxfidir”.
Bizim.Media