Ukraynanın müdafiə naziri Donbasdakı mövqelərə baş çəkdi

Ukraynanın müdafiə naziri Donbasdakı mövqelərə baş çəkdi

Hazırda oxunan: Ukraynanın müdafiə naziri Donbasdakı mövqelərə baş çəkdi

49217

Ukraynanın müdafiə naziri Aleksey Reznikov və Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeriy Zalujnı Donbassda Ukrayna hərbçilərinin ön mövqelərinə baş çəkiblər.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

"Bu gün Ukraynanın müdafiə naziri Aleksey Reznikov və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı Birləşmiş Qüvvələrin əməliyyatı bölgəsinə gəliblər. 

Ukrayna Silahlı Qüvvələrinin otuzuncu ildönümü ərəfəsində müdafiə idarəsinin rəisi hərbçiləri mükafatlar və qiymətli hədiyyələrlə təltif edib.

Rəsmi şəxslər Birləşmiş Qüvvələr Komandanı general-leytenant Aleksandr Pavlyuk ilə birlikdə ön cəbhədə əsgərləri qarşıdan gələn bayram münasibəti ilə təbrik ediblər”, deyə qərargah özünün Facebook səhifəsində yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO