Şuşa yaxınlığında erməni mövqelərindən bayraqlar götürüldü – XANKƏNDİ QORXUYA DÜŞÜB

Şuşa yaxınlığında erməni mövqelərindən bayraqlar götürüldü – XANKƏNDİ QORXUYA DÜŞÜB

Hazırda oxunan: Şuşa yaxınlığında erməni mövqelərindən bayraqlar götürüldü – XANKƏNDİ QORXUYA DÜŞÜB

48606

“İlk dəfədir ki, mən mətbuatda azərbaycanlıların tələbi ilə Şuşa yaxınlığındakı mövqelərdə iki “erməni dövləti”nin bayraqlarının endirilməsi barədə göstəriş verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirməyə çalışmıram”.

Bizim.Media xəbər verir ki, bu fikirləri qondarma rejimin “parlamentdə” Ədalət fraksiyasını təmsil edən deputatı Metaxe Akopyan Aysor.am-a müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, belə hadisələr artıq ermənilər üçün sürpriz xəbər deyil.

O, iki ay əvvəl bu mövqelərə baş çəkdiyini və bayraqların orada olduğunu qeyd edib. 
 

“Görünür, biz öyrəşməliydik ki, belə xəbərlərə təəccüblənməyə ehtiyac yoxdur. Konkret bu işi dəqiqləşdirmədim, amma baş vermiş olsa belə, bu, birinci dəfə deyildi.


Şuşa yaxınlığındakı erməni mövqelərindən bayraqların götürülməsini xidmətə hazırlığın ifadəsi kimi şərh etmək olar, çünki 44 günlük müharibənin başlamasından bir neçə gün sonra “Artsax Respublikası” Prezidentinin iqamətgahından bayraq götürülüb”, deyə deputat vurğulayıb.

Metaxe Akopyan bildirib ki, onlar bayrağı öz yerinə qaytarmağı tələb etdikdə, “Artsax” hakimiyyəti bunun təhlükəsizlik məqsədilə edildiyini deyib.
 

“Deyirlər ki, azərbaycanlılar bayraq istiqamətinə atəş açır. Amma bu, belə deyil. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra “Artsax”ın prezidentini bayraqsız qəbul etdiyini görürük. Yəni o da (Arayik Arutyunyan nəzərdə tutulur) başını aşağı salaraq xidmət edir.


Paşinyan isə “Artsax” prezidentinin onun tabeliyində olduğunu göstərmək istəyir. Artıq sirr deyil ki, bu insanlar bir-biri ilə əməkdaşlıq edirlər və qarşı tərəfdən onlara deyilən hər şeyi edəcəklər "deyə Metaxe Akopyan yekunlaşdırıb.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO