Türkiyə Milli Kəşfiyyat Təşkilatı İraqın şimalında çox təhlükəli olan iki PKK terrorçusu - Rənas Ermegan və Nevzat Durmuşu məhv edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Anadolu” agentliyi təhlükəsizlik mənbələrinə istinadən yayıb.
Bildirilir ki, 2015-ci ildə Türkiyənin Şırnak vilayətində törədilən terror aktlarının təşkilatçıları arasında Gelhat və Nevzat Durmuş (Merhas) kod adlı PKK terrorçuları Renas Ermegan da olub.
Ermegan Cizrə və Sinop bölgələrində, Durmuş isə Beytüşşabab bölgəsində təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarında iştirak edib.
Sonuncu, həmçinin terror təşkilatının Suriya ilə İraq arasında transferini koordinasiya edib.
Bizim.Media