Nə qədər pul tökmüşdük, Putin hər şeyi məhv etdi - Kabanyandan ACI ETİRAF

Nə qədər pul tökmüşdük, Putin hər şeyi məhv etdi - Kabanyandan ACI ETİRAF

Hazırda oxunan: Nə qədər pul tökmüşdük, Putin hər şeyi məhv etdi - Kabanyandan ACI ETİRAF

48568

“Ermənistanın tarixi şansı var idi. Böyük işlər görülmüşdü, pullar tökülmüşdü, diasporumuzun əsas işi bundan ibarət idi: 15 dekabr Brüsseldə baş tutacaq sammitdə İlham Əliyev ilə Nikol Paşinyanın görüşü və bu zaman bəzi Qərb ölkələrinin İrəvanın maraqlarını qoruması. Amma Vladimir Putin bütün planlarımızı alt-üst etdi”.

Bizim.Media xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Ambarsum Kabanyan deyib.

Onun sözlərinə əsasən, bu plandan heç kəsin xəbəri yox idi – məxfiçilik qoruna bilmədi.
 

MÖVZU İLƏ BAĞLI:

Putin gecələr niyə rahat yatmır? – SƏBƏBİNİ ÖZÜ AÇIQLADI


“Kreml hər şeyi anladı və Soçi üçtərəfli görüşünü təşkil etdi. Soçidə isə Əliyev yenidən siyasi qələbə əldə etdi. Putin elə etdi ki, Brüssel görüşü formal xarakter daşıyacaq bir protokol görüşünə çevrildi. İrəvan bundan güclü zərbə ala bilməzdi.

Maraqlısı da odur ki, Soçi görüşündə ictimaiyyətləşdirilməyən bir neçə məqam da öz həllini tapıb. Sözsüz ki, Bakı lehinə.

İndi dediklərim Ermənistan ictimayəti tərəfindən birmənalı qarşılanmasa da, deyəcəm: Günah Paşinyanda deyil. Onun yerində kim olsaydı, eynilə hərəkət edərdi. İnanın ki, bu həqiqətdir”, – deyə erməni ekspert qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO