Putin gecələr niyə rahat yatmır? – SƏBƏBİNİ ÖZÜ AÇIQLADI

Putin gecələr niyə rahat yatmır? – SƏBƏBİNİ ÖZÜ AÇIQLADI

Hazırda oxunan: Putin gecələr niyə rahat yatmır? – SƏBƏBİNİ ÖZÜ AÇIQLADI

48542

Rusiya Prezidenti Vladimir Putin “Rusiya çağırır” investisiya forumunda qeyd edib ki, koronavirusun yeni ştammının yaranması ilə əlaqədar qlobal iqtisadiyyatın bərpası sual altındadır. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “secretmag.ru” saytında yerləşdirilib.

Rusiya liderinin sözlərinə görə, daxili ÜDM-in artımına baxmayaraq, ölkədə qiymət artımı sürətlənir və demoqrafiya problemi onu gecələr yatmağa imkan vermir.
 

MÖVZU İLƏ BAĞLI:

Soçi görüşündən sonra Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi - VİDEO


Tədbir zamanı Putindən bunun əsas səbəbi soruşulub.

“Bizim daxili problemlərimiz var və bu, ilk növbədə demoqrafik problemlərlə bağlıdır. Əmək bazarında lazımi sayda işçi qüvvəsinin olmaması səbəbindən bu problem sistemli, iqtisadi xarakter alıb.

Bu baxımdan humanitar, iqtisadi səbəblərdən və dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından demoqrafik problemin həlli əsas problemlərdən biridir”, - deyə Rusiya lideri cavab verib.

Kremlin sahibi əlavə edib ki, iqtisadiyyat tədricən bərpa olunur, lakin bu bərpa tempi, əlbəttə ki, yenə də sual altındadır:

“Səbəbi isə hamıya yaxşı məlumdur. Bu, koronavirusun yeni ştammının yaratdığı xəstəliyin növbəti dalğasıdır”.
 

Prezident vurğulayıb ki, ölkələr yalnız birgə hərəkət etdikdə pandemiyanın öhdəsindən gələ biləcəklər. 


Putin etiraf edib ki, Rusiyada istehlak qiymətlərində artım sürətlənib və bu, xüsusən aztəminatlı ailələr üçün ciddi problemə çevrilib. 

Dövlət başçısının sözlərinə görə, təkcə inflyasiyanın nəticələrinin öhdəsindən gəlmək yox, həm də ərzağın bahalaşmasına səbəb olan səbəbləri aradan qaldırmaq, fəal hərəkət etmək lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO