Lukaşenko: “Ukrayna hücuma keçsə, Rusiyanın yanında olacağıq” - VİDEO

Lukaşenko: “Ukrayna hücuma keçsə, Rusiyanın yanında olacağıq” - VİDEO

Hazırda oxunan: Lukaşenko: “Ukrayna hücuma keçsə, Rusiyanın yanında olacağıq” - VİDEO

48536

“Kiyev düşmənçilik etsə, Minsk Moskvanın tərəfini tutacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko RİA Novosti agentliyinə müsahibəsində bildirib.

"Rusiya Ukraynanın təcavüzü ilə üzləşərsə, biz Rusiya ilə iqtisadi, hüquqi, siyasi baxımdan sıx bağlı olacağıq. Əsas məsələ budur", - o deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Lukaşenkonun Qərbdən TƏLƏBİ: “Rusiyanın Ukraynaya hücum etmək istədiyini sübuta yetirin” - VİDEO


Belarus lideri vurğulayıb ki, heç vaxt Ukraynada baş qaldıran millətçilərin tərəfində olmayacaq.

"Ukraynanın bizim olması üçün hər şeyi edəcəyəm. O, bizim Ukraynadır, orda bizim insanlarımız yaşayır. Bunlar emosiyalar deyil, bu, mənim qəti qənaətimdir", - o, əlavə edib.

Lukaşenko bir müddət əvvəl Belarus-Ukrayna siyasi münasibətlərinin ən aşağı həddə olduğunu bildirmişdi:
 

“Ukrayna Qərb dövlətləri ilə birlikdə Belarusun daxili işlərinə qarışan, eləcə də ötənilki etiraz aksiyalarını öz ərazisindən idarə edən ölkələrdən biridir”.


Lukaşenkonun inauqurasiyasından sonra Kiyev onu legitim prezident hesab etməyib. Bundan sonda münasibət daha da pisləşib. 

2020-ci il avqustun 9-da Belarusda keçirilən və 80,1 faiz səs toplayan Lukaşenkonun altıncı dəfə qalib gəldiyi prezident seçkilərindən sonra müxalifətin kütləvi aksiyaları keçirilib. 

İğtişaşlar altı ay davam edib, sonra isə vəziyyət sabitləşib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO