Türkiyə Xarici işlər Nazirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Türkiyə XİN-in rəsmi “Twiter” hesabında paylaşım edilib.
Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo-nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.
Bizim.Media
Azerbaycan’da Düşen Askeri Helikopter Hk. //t.co/ptZym5cCiG pic.twitter.com/faOtu3b7mp
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) November 30, 2021