Ermənistan Baş Naziri Nikol Paşinyan yumurta atəşinə tutulub.
Bizim.Media Ermənistan mətbuatına istinadla xəbər verir ki, “ARF Daşnaksütyun”un tələbə birliyinin bir qrup üzvü hökumət binası qarşısına gələrək, Paşinyanın avtomobilinə yumurta atıblar.
Onlar baş nazirin istefası ilə bağlı çağırışlar da ediblər. ”Xain, get”, “istefa ver” şüarları səsələndirilib.
Qeyd edək ki, bugünkü etiraz aksiyası Ermənistanın hökumət binası qarşısında nəzərdə tutulub.
Bizim.Media