Koronavirus sutkada 215 nəfərin həyatına son qoydu - İran

Koronavirus sutkada 215 nəfərin həyatına son qoydu - İran

Hazırda oxunan: Koronavirus sutkada 215 nəfərin həyatına son qoydu - İran

4801

İranda son 24 saat ərzində daha 295 nəfər koronavirusdan vəfat edib, 10 223 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.

Bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 51 212 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 72 min 620 nəfərə yüksəlib.

Qeyd edək ki, İranda bu günə qədər 765 639 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb. Xəstəliyə yoluxan və hazırda vəziyyəti ağır olan 5779 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir. İranda bu günə qədər koronavirus üçün 6 milyon 523 min 409 test aparılıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO