Ərdoğanın Türkmənistana rəsmi səfəri başladı - VİDEO

Ərdoğanın Türkmənistana rəsmi səfəri başladı - VİDEO

Hazırda oxunan: Ərdoğanın Türkmənistana rəsmi səfəri başladı - VİDEO

47938

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana rəsmi səfəri başlayıb.

Bizim.Media CNN telekanalına istinadən xəbər verir ki, səfər çərçivəsində Ərdoğanla Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında təkbətək görüş olacaq.

Bunun ardınca iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçiriləcək. Görüşlərdə Türkiyə ilə Türkmənistan arasında enerji, turizm və ticarət məsələləri başda olmaqla bir sıra məsələlər müzakirə predmeti olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Türkmənistana gedir - Zirvə görüşünə qatılacaq


Danışıqların yekununda ikitərəfli sazişlər imzalanacaq.

Ərdoğan noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək 15-ci Zirvə toplantısında iştirak edəcək.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO