Qarabağ üzrə üçtərəfli görüş konstruktiv keçib, vəziyyətin dərin təhlili aparılıb.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli danışıqlardan sonra səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Putin Paşinyanla görüşə başladı - DETALLAR
Onun sözlərinə görə, ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmləri yaradılacaq.
Putin deyib ki, Qarabağla bağlı danışıqlarda humanitar məsələlərdə irəliləmək mümkün olub, onlar nəqliyyat dəhlizlərinin açılmasına razılaşıblar.
Rusiya prezidenti İlham Əliyev və Paşinyanla görüşü faydalı adlandırıb və razılaşmalara əməl olunacağına ümid etdiyini bildirib.
Bizim.Media