"Ermənistanın ona uzadılan sülh əlini bir fürsət olaraq dəyərləndirməsini, atəşkəsə tam əməl etməsini və əməkdaşlığa qatılmasını istəyirik".
Bizim.Media xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyə Təhlükəsizlik Şurasının növbəti iclası barədə rəsmi açıqlamada bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirir - Gündəmdə Qarabağ da var...
Açıqlamada mehriban qonşuluq və səmimi dostluğun əhəmiyyəti yüksək qiymətləndirilib.
"Qonşularımız arasında mübahisələrin beynəlxalq hüquq və ölkələrin ərazi bütövlüyünə hörmət çərçivəsində, sülh yolu ilə dərhal həll edilməsinə tərəfdarıq", - deyə qeyd edilib.
Bizim.Media