İrəvanda 16 müxalifət partiyası tərəfindən təşkil edilən etiraz yürüşü başlayıb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, etirazçılar müxtəlif istiqamətlərdən yürüş edərək Ermənistan Parlamentinin binasının qarşısına toplaşacaqlar.
Onlar burada etiraz aksiyasını davam etdirəcəklər. Parlament binasının yerləşdiyi Bağramyan prospekti artıq bloklanıb. Aksiyada ümumilikdə bir neçə min insan iştirak edir.
Onlar Ermənistanın baş naziri Nikola Paşinyana etiraz edərək, “Nikol, get”, “Nikol, xain” şüarları səsləndirirlər.
Bizim.Media