''Azərbaycan Ermənistanın gizli yazışmalarını ələ keçirib'' – Samvel Martirosyan

''Azərbaycan Ermənistanın gizli yazışmalarını ələ keçirib'' – Samvel Martirosyan

Hazırda oxunan: ''Azərbaycan Ermənistanın gizli yazışmalarını ələ keçirib'' – Samvel Martirosyan

4753

“Qarabağ müharibəsi kiber məkanda da paralel gedirdi. Azərbaycan hakerləri onda bir çox dövlət saytlarını məhv etdilər. Bu hücumlar indi də davam edir”.

Bizim.Media-nın məlumatına görə, erməni media eksperti Samvel Martirosyan II Qarabağ Savaşının nəticələrini şərh edərkən bu iddia ilə çıxış edib. 

O, “Sputnik Armenia”ya müsahibəsində bildirib ki, Azərbaycanlı hakerlər Ermənistanın bir çox gizli yazışmalarını və dövlət sənədlərini ələ keçirib:

“Oktyabrın 10-də misli görünməmiş hücum həyata keçirilib, nəticədə demək olar ki, bütün dövlət saytları, o cümlədən Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları Müdafiəçisinin veb saytları sındırılıb.

“Artsaxın dövlət saytları” da dağıdılıb. O zaman təxminən 50 böyük sayt sıradan çıxıb”. 

Dövlət serverlərindən nə qədər məlumat çıxarıldığı barədə hələ dəqiq məlumat yoxdur - deyə Martirosyan əlavə edib.Onun sözlərinə görə, kiberhücumlar baxımından Ermənistan tam müdafiəsiz vəziyyətdə qalmışdı. 

“Azərbaycanlı hakerlər türklərin də köməyi ilə elektron dövlət resurslarımıza çox ciddi zərbələr vurublar. Azərbaycanlıların əlində prezident aparatından, Xarici Işlər Nazirliyindən, Müdafiə Nazirliyindən və digər idarələrdən bir çox rəsmi və gizli sənədlər var idi. Sənədlərin bir hissəsi 2020-ci ilin sentyabrına təsadüf edir”. 

Sonda Samvel Martirosyan yazır ki, şəbəkədə həmçinin, Qarabağ Telekom abunəçilərinin şəxsi məlumatları olan bir fayl yayımlanıb”

“Ermənistan çoxşaxəli və genişmiqyaslı haker hücumlarına qarşı çıxmağa da hazır deyildi”, deyə o, fikrini tamamlayır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO