Ermənistanın XİN rəhbəri Ara Ayvazyan Azərbaycanı işğaldan azad olunan torpaqlarda ermənilərə qarşı etnik təmizləmə siyasətində günahlandırıb.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Naziri Ara Ayvazyan fransalı həmkarı Jan İv Le Drianla birgə mətbuat konfransında Azərbaycanı Qarabağda etnik təmizləmə siyasəti aparmaqda ittiham edib.
Ermənistanın XİN rəhbərinin sözlərinə görə, Azərbaycan sülh prosesi ilə əlaqədar öhdəliklərini də pozub. Ara Ayvazyanın sözlərinə görə, güc tətbiqi ilə Dağlıq Qarabağda yaşayan erməniləri öz müqəddaratını təyin etmək hüququndan məhrum etmək olmaz:
“Çünki Dağlıq Qarabağın statusu məsələsi sülh danışıqlarının əsasını təşkil edən məqamlardan biri idi. Buna görə də bu məsələ danışıqların güdəliyindən çıxarıla bilməz”.
Bizim.Media
![Erməni nazir Azərbaycanı etnik təmizləmədə günahlandırdı Erməni nazir Azərbaycanı etnik təmizləmədə günahlandırdı](https://bizim.media/file/articles/2020/12/09/1607500265_ara-ayvazyan.jpg)
- A-
- A
- A+
Region
11:50 / 09.12.2020
Erməni nazir Azərbaycanı etnik təmizləmədə günahlandırdı
Hazırda oxunan: Erməni nazir Azərbaycanı etnik təmizləmədə günahlandırdı
Hazırda oxunan: Erməni nazir Azərbaycanı etnik təmizləmədə günahlandırdı
4720
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.