Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Bizim.Media "News.ru"-ya istinadən xəbər verir ki, bu barədə N.Paşinyanın ofisi açıqlama yayıb. Açıqlamada hazırda bu barədə hansısa məlumat olmadığı bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Putin, İlham Əliyev və Paşinyan noyabrın 26-da görüşəcək?
Xatırladaq ki, bu gün “Telegram” kanallarında noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə məlumatlar yayılıb.
Bizim.Media