Türk dünyasını avtomobil yolu ilə birləşdirəcək Zəngəzur koridoru rəsmən fəaliyyətə başlayıb.
Koridorun Zəngəzur mahalından keçən 37 kilometrlik hissəsində problem yaradan İrəvan geri çəkilib və dəhlizin açılmasını qəbul edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Turkiyə” qəzetinin saytında yer alıb.
Mənbə yazır ki, “Turan yolu” da adlandırılan 165 kilometrlik dəhliz may ayında istifadəyə veriləcək. Magistral yolun açılışından sonra dəmir yolu da inşa ediləcək.
MÖVZU İLƏ BAĞLI:
İrəvan-Qafan reysi yenə ləğv edildi - Azərbaycan hərbçiləri aeroportun bir addımlığındadır
Azərbaycanın təhlükəsizlik mənbələri qəzetə dəhlizlə bağlı qərarın 11 bənddən ibarət 10 Noyabr Bəyannaməsində yer aldığını, lakin İrəvanın bir il ərzində prosesi sabotaj etdiyini bildirib:
“Ermənistan ötən həftə Kəlbəcər-Laçın xəttində sərhədi pozub. Nəticədə Azərbaycan ordusu əməliyyata başlayıb. Əməliyyatda xeyli erməni əsgəri həlak olub. Ağır silahlar, arsenal və bunkerlər məhv edilib. Ermənilər daha bir böyük məğlubiyyətlə üzləşib.
Onlar ruslardan vasitəçilik etməyi xahiş ediblər. Danışıqlar zamanı Zəngəzur dəhlizi də bəndlər arasında olub və ermənilər xəttin fəaliyyətə başlamasını rəsmən qəbul ediblər. Lazımi yol tikintisindən sonra may-iyun aylarında quruda nəqliyyatın hərəkətinə başlanılacaq”.
Bizim.Media