“Novair” şirkəti İrəvan-Qafan-İrəvan marşrutu üzrə uçuşlar üçün müraciətini ləğv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Şirkət gələn ilin yanvar-sentyabr aylarında "L410" təyyarəsi ilə həftədə iki dəfə Zəngəzurun inzibati mərkəzinə uçmağı planlaşdırırdı.
MÖVZU İLƏ BAĞLI:
Qafandakı dağ Azərbaycanın nəzarətinə keçdi
Qeyd edək ki, Qafan şəhəri İrəvandan 5-6 saatlıq məsafədə yerləşir.
44 günlük müharibədən sonra Azərbaycan hərbçilərinin hava limanından bir neçə metr aralıda mövqe tutduğu deyilir.
Bizim.Media