Erməni və farsların qalmaqallı “çoban siyasəti” - Dil bilgisi niyə tələb olunur?

Erməni və farsların qalmaqallı “çoban siyasəti” - Dil bilgisi niyə tələb olunur?

Hazırda oxunan: Erməni və farsların qalmaqallı “çoban siyasəti” - Dil bilgisi niyə tələb olunur?

46712

Bizim.Media xəbər verir ki, vakansiyada aylıq maaş 400 dollar, ərəb dilini bilənlər üçün isə 500 dollar qeyd olunub.

“3 ildir ki, mal-qara ixracına qadağa qoyulması ilə üz-üzəyik. Bizim kənara çəkilməyimizlə, Ermənistan və Gürcüstan kimi ölkələr Fars körfəzi ölkələrinin mal-qara bazarında fəallaşıblar” - bu barədə İranın Heyvandarlıq Tədarükü Şurasının sədri Mənsur Purian məlumat verib.

O bildirib ki, Ermənistandan Fars körfəzi ölkələrinə mal-qara ixracı İran üzərindən həyata keçirilir.

“Bu məsələ bizi narahat edir. Bir vaxtlar həmin bazarlar bizim olub, təəssüf ki, yanlış ixrac siyasəti ucbatından onları itirmişik. Ərəblərə İran quzusu çox xoş gəlir. Ona görə də ermənilər öz məhsullarının keyfiyyətini İran istehsalına yaxınlaşdırmaq üçün iranlı çobanları işə götürürlər.

Ərəb ölkələrindən sahibkarlar mal-qara almaq üçün Ermənistana çox gedib-gəlir və dil problemi olduğuna görə öz dillərini mükəmməl bilən insanlarla sövdələşməyə meyllidirlər”, - deyə Mənsur Purian vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO