İctimai fəal, İrəvan Ağsaqqallar Şurasının keçmiş üzvü Sona Agekyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 137.1-ci (“ağır təhqir”) maddəsi ilə cinayət işi başlanıb.
Bizim.Media “İravunk” nəşrinə istinadən xəbər verir ki, bir müddət əvvəl o, özünün Facebook səhifəsində ölkənin baş naziri Nikol Paşinyanı “türk” və “fırıldaqçı” adlandırıb.
Agekyanın sözlərinə görə, ona qarşı cinayət işi qanunsuz olaraq başlanıb.
“Ermənistanda guya demokratiya var, amma cinayət işləri diktatura ölkələrindəki kimi qaldırılır. Parlament təhqiri cinayət hesab edən qeyri-legitim qanun qəbul etdi. Bu arada, 2000-ci illərin əvvəllərində Avropaya inteqrasiyanın şərtlərindən biri bu maddənin dekriminallaşdırılması idi”, deyə o, qeyd edib.
O, həm də sosial şəbəkələrdə fikirlərini bildirmək hüququnun olmamasından hiddətlənib.
“Mənim Ermənistanda baş nazir təyin edilən şəxsin türk olduğunu düşünməyə haqqım var. İttiham bu şəxsin reputasiyası və ləyaqətinin təhqir olunması ilə əsaslandırılır. Mən onun haqqında fikrimə sadiqəm və bunu məhkəmədə də təkrarlamağa hazıram”, - deyə Agekyan bildirib.
O, eyni zamanda Paşinyanın gözünün içinə dik baxmaq üçün onunla üzbəüz görüşməyə hazır olduğunu deyib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:35 / 17.11.2021
İctimai fəal Paşinyanı “türk” adlandırdı – Barəsində cinayət işi açıldı
Hazırda oxunan: İctimai fəal Paşinyanı “türk” adlandırdı – Barəsində cinayət işi açıldı
Hazırda oxunan: İctimai fəal Paşinyanı “türk” adlandırdı – Barəsində cinayət işi açıldı
46465
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.