Xəbər verdiyimiz kimi, son günlərdə Azərbaycan hərbçiləri Ermənistanla sərhəddə 4 düşmən postunu geri alaraq ərazi bütövlüyümüzü təmin edib.
Bizim.Media xəbər verir ki, həmin insidentlər zamanı maraqlı nüans yaranıb.
Bu haqda erməni bloger Mika Badalyan video müsahibəsində məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Zəngəzurun Çakaten kəndi ətrafında nə baş verir? - “Azərbaycanlılar nəsə qazırlar...”
Onun sözlərinə görə, postların birində erməni zabitinin yanında 6 çağırışçı olub.
Hərbçilərimiz yaxınlaşanda guya komandir müdafiə əmri verməyib və azərbaycanlılar erməni əsgərlərini döyüblər. Yalnız diz çökdürüldükdən sonra onların silahları geri qaytarılıb.
Badalyan iddia edir ki, həmin vaxt erməni zabitinə qətiyyən toxunulmayıb.
Bizim.Media