Ermənistanın baş naziri Nikol Paşinyan istefaya getməyəcəyini açıqlayıb.
Bizim.Media “sputnik armenia”ya istinadən bildirir ki, müxalifətin Paşinyana istefa üçün verdiyi müddət bitib və baş nazir isə tələbi rədd edib. Daşnaksütyun partiyasının nümayəndəsi İşxan Saqhatelyan Facebook-dakı video müraciətində, Ermənistan vətəndaşlarını Nikol Paşinyanın bu hərəkətinə cavab olaraq onları etiraz aksiyasına çağırıb.
"Bu andan etibarən saat 17: 00-a qədər, Ermənistan Respublikası vətəndaşlarının narazılıqlarını və tələblərini səlahiyyətlilərə çatdırmaq üçün dinc etiraz aksiyası etmək hüququ var",- deyə, o canlı yayım zamanı deyib.
O, vətəndaşları qanun çərçivəsində hərəkət etməyə və təxribatlara uymamağa çağırıb. Saqhatelyan həmçinin hüquq mühafizə orqanlarını Nikol Paşinyanın qanunsuz əmrlərini yerinə yetirməməyə və insanlara güc tətbiq etməməyə çağırıb.
O, hökumət başçısının sonda istefaya gedəcəyini bildirərək baş nazirə də müraciət edib.
"Faciə baş vermədən gedin. Ən azından bu dəfə xalqın, dövlətin və dövlətçiliyin qayğısına qalın. Gedişiniz xalqımız və dövlətimiz üçün mühüm həyati bir zərurətdir”,- deyə müxalifət nümayəndəsi qeyd edib.
Vüsalə Balayeva, Bizim.Media
![Paşinyan müxalifətə rədd cavab verdi – Erməni KİV Paşinyan müxalifətə rədd cavab verdi – Erməni KİV](https://bizim.media/file/articles/2020/12/08/1607421437_ft4.jpg)
- A-
- A
- A+
Region
13:55 / 08.12.2020
Paşinyan müxalifətə rədd cavab verdi – Erməni KİV
Hazırda oxunan: Paşinyan müxalifətə rədd cavab verdi – Erməni KİV
Hazırda oxunan: Paşinyan müxalifətə rədd cavab verdi – Erməni KİV
4619
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.