Saakaşvili ilə bağlı Nino Burcanadzedən AÇIQLAMA: “Biz ulduz xəstəliyinə tutulmuşduq” - VİDEO

Saakaşvili ilə bağlı Nino Burcanadzedən AÇIQLAMA: “Biz ulduz xəstəliyinə tutulmuşduq” - VİDEO

Hazırda oxunan: Saakaşvili ilə bağlı Nino Burcanadzedən AÇIQLAMA: “Biz ulduz xəstəliyinə tutulmuşduq” - VİDEO

45733

Azərbaycana dost və qonşu ölkə olan Gürcüstandakı etiraz aksiyaları və Saakaşvilinin qayıdışı ilə daha da gərginləşən vəziyyət gürcülər kimi, azərbaycanlıları da narahat edir. Ən azından həm də ona görə Gürcüstan vətəndaşı olan minlərlə azərbaycanlı var.

Bizim.Media-nın Gürcüstanda son baş verənlərlə bağlı sualını cavablandıran eks spiker Nino Burcanadze hakimiyyətləri dövründə özünün və Saakaşvilinin buraxdığı səhvləri səmimi etiraf edib:

“Bilirsiniz, bizim hökumətin və mən gedəndən sonra Saakaşvilinin buraxdığı səhvlər ondan ibarət idi ki, görünür, ulduzluq xəstəliyinə tutulduq. Çox gənc idik, ölkə üçün önəmli islahatlara tələsirdik. Amma reformları reallaşdırmaqla sadə vətəndaşları unudurduq. Təvazökarlıqdan uzaq olsa da, bu, özünü daha çox mənim komandadan gedişimdən sonra biruzə verməyə başladı. Çünki mən xalqla əlaqələri hər zaman qorumağa çalışmışam. Gərək xalqı narahat edən məsələlərə adekvat reaksiya verilərdi. 2007, 2009 və 2010-cu il aksiyalarında Saakaşvili tələbləri iqnor edərək etiraz alovlarını söndürməyə çalışırdı. Amma meydanda qalan közərtiləri nəzərə almırdı. Bu isə böyük səhv olub”.

Videonu təqdim edirik:

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO