“Azərbaycan hələlik prosedurla bağlı tam məlumat verməyib, lakin Ermənistan vətəndaşları azərbaycanlılara müəyyən məbləğ ödəyəcəkləri təqdirdə Gorus-Qafan yolu boyunca hərəkət edə biləcəklər”.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan səsləndirib.
Onun sözlərinə görə, Ermənistan vətəndaşları Gorus-Qafan yolunun azərbaycanlılara məxsus hissəsində qurulan gömrük postundan keçərək hərəkət edəcəklər:
“Sadə məntiq diktə edir ki, bu prosedur müəyyən rüsumla bağlıdır. Ermənistan vətəndaşları da o pulu ödəyib keçə biləcəklər”.
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Qafan-Tatev alternativ yolu da asfaltlanıb və artıq hazırdır: "Vətəndaşlar bu yolla da avtomobillərini idarə edəcəklər”.
Armen Qriqoryan Azərbaycana ödənəcək pulun hansı valyuta ilə həyata keçəcəyini açıqlamayıb.
Bizim.Media
![Ermənistan vətəndaşları Gorus-Qafan yolunda Azərbaycana rüsum ödəyəcək - Təhlükəsizlik Şurasının katibi Ermənistan vətəndaşları Gorus-Qafan yolunda Azərbaycana rüsum ödəyəcək - Təhlükəsizlik Şurasının katibi](https://bizim.media/file/articles/2021/11/11/1636635473_1.jpg)
- A-
- A
- A+
Region
16:55 / 11.11.2021
Ermənistan vətəndaşları Gorus-Qafan yolunda Azərbaycana rüsum ödəyəcək - Təhlükəsizlik Şurasının katibi
Hazırda oxunan: Ermənistan vətəndaşları Gorus-Qafan yolunda Azərbaycana rüsum ödəyəcək - Təhlükəsizlik Şurasının katibi
Hazırda oxunan: Ermənistan vətəndaşları Gorus-Qafan yolunda Azərbaycana rüsum ödəyəcək - Təhlükəsizlik Şurasının katibi
45595
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.