Ermənistan vətəndaşları Gorus-Qafan yolunda Azərbaycana rüsum ödəyəcək - Təhlükəsizlik Şurasının katibi

Ermənistan vətəndaşları Gorus-Qafan yolunda Azərbaycana rüsum ödəyəcək - Təhlükəsizlik Şurasının katibi

Hazırda oxunan: Ermənistan vətəndaşları Gorus-Qafan yolunda Azərbaycana rüsum ödəyəcək - Təhlükəsizlik Şurasının katibi

45595

“Azərbaycan hələlik prosedurla bağlı tam məlumat verməyib, lakin Ermənistan vətəndaşları azərbaycanlılara müəyyən məbləğ ödəyəcəkləri təqdirdə Gorus-Qafan yolu boyunca hərəkət edə biləcəklər”.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan səsləndirib.

Onun sözlərinə görə, Ermənistan vətəndaşları Gorus-Qafan yolunun azərbaycanlılara məxsus hissəsində qurulan gömrük postundan keçərək hərəkət edəcəklər:

“Sadə məntiq diktə edir ki, bu prosedur müəyyən rüsumla bağlıdır. Ermənistan vətəndaşları da o pulu ödəyib keçə biləcəklər”.

Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Qafan-Tatev alternativ yolu da asfaltlanıb və artıq hazırdır: "Vətəndaşlar bu yolla da avtomobillərini idarə edəcəklər”.

Armen Qriqoryan Azərbaycana ödənəcək pulun hansı valyuta ilə həyata keçəcəyini açıqlamayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO