“3+3” formatının işə salınması inamı artıracaq - Mariya Zaxarova

“3+3” formatının işə salınması inamı artıracaq - Mariya Zaxarova

Hazırda oxunan: “3+3” formatının işə salınması inamı artıracaq - Mariya Zaxarova

44507

“3+3” formatının (Azərbaycan, Türkiyə, İran, Ermənistan, İran, Gürcüstan və Rusiya) işə salınması dövlətlərarası münasibətlərdə inamın artmasına kömək edə bilər.

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Zəngəzur dəhlizinin açılmasını istəyir – Zaxarovadan AÇIQLAMA


“Çoxtərəfli regional əməkdaşlığın inkişafı bu formatın bütün perspektiv iştirakçılarının maraqlarına cavab verir”, deyə Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.

Mariya Zaxarovanın sözlərinə görə, noyabrın 29-da Cənubi Qafqaz regionunda kommunikasiyaların blokadadan çıxarılması üzrə birgə komissiyanın üçtərəfli iclası keçiriləcək:

“Hazırkı mərhələdə üçtərəfli bəyanatın bəndlərinin həyata keçirilməsi istiqamətində iş aparılır”.

Onun fikrincə, Rusiya sülhməramlılarının rolu Bakıda və İrəvanda yüksək qiymətləndirilir:

“Fərdi insidentlər hər iki tərəfin qarşılıqlı əlaqə kanalları vasitəsilə həll edilir. Nəqliyyat əlaqələrinin açılması üçün də səylər göstərilir. Biz həmçinin problemin hərtərəfli həllini Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin tezliklə başlanmasında və onun sonradan demarkasiyasında görürük”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO