SDU-da ilə ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalı keçirilib

SDU-da ilə ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalı keçirilib

Hazırda oxunan: SDU-da ilə ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalı keçirilib

44041

Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə aprelin 4-də Sumqayıt Dövlət Universitetində Təhsil Nazirliyinin və Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında bədii özfəaliyyət kollektivinin baxış” müsabiqəsi keçirilib.

SDU-nun mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumata görə, tələbələr əsasən bədii qiraət, ifa, rəqs və s. musiqi nömrələri üzrə öz məharətlərini göstərib.

Bütün ali təhsil müəssisələrinin qatıldığı bu müsabiqədə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova, ADPU-nun baş müəllimi, bəstəkar Nailə Mirməmədli, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, Azərbaycan Dövlət Opera və Balet teatrının baş rejissoru Hafiz Quliyev, Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin direktor müavini Kəmalə Həsənova     münsiflər kürsüsündə əyləşib.

Istedadlı tələbələr münsiflər qarşısında öz bacarıqlarını nümayiş etdirib.

Bədii qiraət üzrə Fizika və elektroenergetika fakültəsinin tələbəsi Rufanə Hacıyeva Cabir Novruzun “Sevin Azərbaycan”, Kimya və biologiya fakültəsinin tələbəsi Lalə Axundlu Məmməd Arazın “Ayağa qalx Azərbaycan!”, Filologiya fakültəsinin tələbəsi Lalə Niftəliyeva Abbas Səhhətin “Vətən”, Filologiya fakültəsinin tələbəsi Əfşan Veysəlova Əhməd Cavadın “Kuropatkinə”, Filologiya fakültəsinin tələbəsi Anar Məmmədli Cabir Novruzun “Azərbaycan dərdi”, Mühəndislik fakültəsinin tələbəsi Elvin Musayev öz müəllifi olduğu “Səni niyə sevmişəm?” şeirlərini yüksək peşəkarlıqla səsləndirib.

Müsabiqədə milli, folklor rəqsi ilə yanaşı xarici və hind rəqs nömrələri də alqışla qarşılanıb.

Filologiya fakültəsinin tələbəsi Rahib Məmmədlinin saz ifası müsabiqəyə xüsusi al-əlvanlıq qatıb.

Mühəndislik fakültəsinin tələbəsi Niyaməddin Əhmədov “This is the life (Bu həyatdır)”, Riyaziyyat fakültəsinin tələbəsi Raci İmamverdiyev “Süsən Sünbül” xalq mahnısını ifa etdi. Raci İmamverdiyevin ifasındakı “Qarabağ şikəstəsi” münsiflər və tədbir iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Müsabiqənin sonunda münsiflər heyəti öz təklif və tövsiyyələrini verdikdən sonra universitetdə tələbələrin hərtərəfli yetişməsi üçün yaradılan şəraitə və onlara göstərilən diqqət, qayğıya görə universitet rəhbərliyinə dərin təşəkkürlərini bildirib.

May ayının 7-də Azərbaycan Dövlət Musiqili Teatrında Ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalının yekun konseti keçiriləcək.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO