Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 30-da keçirilmiş təkrar seçkilərin bəzi dairələr üzrə ilkin nəticələrini açıqlayıb.
Bizim.Media xəbər verir ki, paytaxt Tbilisi üzrə yaradılmış 769 seçki məntəqəsinin 768-də və ya 99,87 faizində səslər sayılıb.
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının namizədi Kaxa Kaladze 55,6 faiz səs toplayaraq yenidən Tbilisinin meri seçilib.
Onun rəqibi – müxalif “Vahid Milli Hərəkat” partiyasının namizədi Nika Meliya isə 44,4 faiz səs toplayıb.
Qeyd edək ki, K.Kaladze Tbilisi meri vəzifəsinə ilk dəfə 2017-ci ilin noyabrında seçilib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:08 / 31.10.2021
Kaxa Kaladze yenidən Tbilisinin meri seçildi
Hazırda oxunan: Kaxa Kaladze yenidən Tbilisinin meri seçildi
Hazırda oxunan: Kaxa Kaladze yenidən Tbilisinin meri seçildi
44034
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.