Gürcüstanda yerli seçkilərin ikinci turu başlayıb . Tbilisi vaxtı ilə saat 08:00-da ölkədə seçki məntəqələri açılıb.
Bizim.Media “Sputnik Georgia” nəşrinə istinadən xəbər verir ki, ikinci turda beş özünüidarə edən şəhər və 15 bələdiyyədə merlər, 24 seçki dairəsində isə 42 majoritar deputat seçilməlidir.
Əsas rəqiblər, uzun illərdən bəri olduğu kimi, hakim Gürcü Arzusu partiyası və ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkatdır.
Qeyd edək ki, hazırda ölkədə vəziyyət ağırdır . Birinci tur ərəfəsində, 30 gün əvvəl eks-prezident Mixeil Saakaşvili ölkəyə qayıdıb.
Bu, həm tərəfdarlarının, həm də əleyhdarlarının səfərbərliyinə səbəb olub. Hazırda Saakaşvili dörd həftədən artıq aclıq aksiyası keçirdiyi Rustavi həbsxanasındadır və tərəfdarlarını təslim olmamağa çağırır.
Bizim.Media