Türkiyədə bu şirkətin dövriyyəsi 1 milyard dolları ötdü

Türkiyədə bu şirkətin dövriyyəsi 1 milyard dolları ötdü

Hazırda oxunan: Türkiyədə bu şirkətin dövriyyəsi 1 milyard dolları ötdü

43608

Türkiyənin müdafiə sənayesinin nəhəngi hesab edilən “Aselsan” şirkətinin 2021-ci ilin ilk doqquz ayında dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 22% artaraq 10,3 milyard Türk lirəsi (1,05 milyard dollar) olub.

Bizim.Media “Sabah” qəzetinə istinadən xəbər verir ki, şirkət 3,1 milyard TL-lik rekord gəlir əldə edib.

“Aselsan”ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Haluk Gergun deyib ki, şirkət bütün maraqlı tərəflərlə birlikdə ölkənin gələcəyi üçün faydalı şeylər yaratmağa davam edəcək. Gergun qeyd edib ki, Aselsan həmin dövrdə yeni sifarişlərinin sayını 78% artırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO