Koçaryan: “Ermənistan hakimiyyəti Azərbaycanı müharibəyə təhrik etdi”

Koçaryan: “Ermənistan hakimiyyəti Azərbaycanı müharibəyə təhrik etdi”

Hazırda oxunan: Koçaryan: “Ermənistan hakimiyyəti Azərbaycanı müharibəyə təhrik etdi”

4352

Ermənistan rəhbərliyi ehtiyatsız hərəkətləri və açıqlamaları ilə Qarabağda müharibəni yaxınlaşdırmaq üçün hər şeyi etdi.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan “5-ci kanal”a müsahibəsində bildirib.

Koçaryan deyib ki, hakimiyyət müharibənin qaçılmaz olması üçün hər şeyi edib.

Sabiq prezidentin sözlərinə görə, danışıqlar prossesində çıxılmaz vəziyyət yaratmaq üçün müxtəlif fəndlərə əl atıldı. Hətta ATƏT həmsədləri  belə nə baş verdiklərini anlamadılar.

Koçaryanın sözlərinə görə  Ermənistan hakimiyyəti özü  Azərbaycanı müharibəyə təhrik etdi:

“Paşinyanın Qarabağa dair bəyanatları, məsələni ərazi bütövlüyünə sürükləməsi onunla nəticələndi ki, heç bir ölkə müharibəyə başlayan Azərbaycanı qınamadı”.

Keçmiş prezident fikrincə, hər şey erməni tərəfinin iyul ayında Tavuş sərhəd qarşıdurmasına səbəb olması ilə başladı. Bir ay əvvəl Baş qərargah rəisinin Ermənistanın müharibəyə hazır olmadığını bildirdiyini nəzərə alsaq, bu, ölümcül bir səhv idi.

“Bu hadisənin əhəmiyyətini şişirtmək, 70 əsgərə medal vermək, həm Azərbaycanı, həm də Türkiyəni məğlub etdiyimizi söyləmək, təxribat deyilsə, onda nədir?".

Koçaryan, baş verənlərdə keçmiş müdafiə naziri David Tonoyanın da payının oldğunu açıqlayıb. O,  Tonoyanın  "yeni ərazilər üçün yeni müharibə" ilə bağlı açıqlamasını təhdid adlandırıb:

"Əslində nazirin ağzından Azərbaycana qarşı elə bir təhdid səsləndirdik ki, bu təhlükəni aradan qaldırmanın ən qısa yolu müharibə idi. Rəhbərliyin "Artsax" (Qarabağ-red) səmalarını düşmən pilotsuz təyyarələrinə bağlaya bilməməsi başqa bir səhvdir. Dövlət məmurlarına bonus olaraq 120 milyon dollar vermək əvəzinə, bir neçə müasir müdafiə avadanlığı alına bilərdi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO