Ermənistanın dövlət borcu 9 milyard dolları keçdi - \

Ermənistanın dövlət borcu 9 milyard dolları keçdi - \"Joxovurd\"

Hazırda oxunan: Ermənistanın dövlət borcu 9 milyard dolları keçdi - \"Joxovurd\"

43250

Ermənistanın dövlət borcu artaraq 9 milyard dollar həddini keçib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti Maliyyə Nazirliyinin məlumatlarına istinadən yazıb.

“30 sentyabr tarixinə dövlət borcu 9 milyard 31 milyon dollar və ya 4 trilyon 369 milyard dram təşkil edib. Avqust ayı ilə müqayisədə bu, 86 milyon dollar, 1 il ərzində isə 1 milyard 184 milyon dollar artıb. Dövlət borcunun böyük hissəsi hökumətin xarici borcudur. Bu da 8 milyard 564 milyon dollara çatıb. Bunlara həmçinin kreditlər və borclar, qeyri-rezidentlər tərəfindən alınmış istiqrazlar, qeyri-rezidentlərin xarici valyutada aldığı dövlət istiqrazları daxildir. İlin əvvəli ilə müqayisədə hökumətin xarici borcu 1 milyard 190 milyon dollar artıb. Nazirlər Kabinetinin daxili borcu 2 milyard 372 milyon dollardır. Bunlara daxili kreditlər və rezidentlər tərəfindən dövlət xəzinə istiqrazları və xarici valyutada dövlət istiqrazları tərəfindən alınmış borclar daxildir. Hökumətin daxili borcu 6 milyard 192 milyon dollardır. 473 milyon dram məbləğində dövlət borcu Mərkəzi Bankın borcudur”, - qəzet qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO