\

\"Euronews” Suqovuşanda - VİDEO 

Hazırda oxunan: \"Euronews” Suqovuşanda - VİDEO 

4243

Bu günlərdə “Euronews” telekanalının çəkiliş qrupu erməni işğalından azad edilmiş kənddə olub. 

Bizim.Media xəbər verir ki, məcburi köçkünlərdən biri, 27 il əvvəl kəndini tərk etməyə məcbur olmuş Xaliq Hümbətov çəkiliş qrupundan onu özü ilə aparmağı xahiş edib.

"Bir dəfə gecə saqqallı erməni bizə gəldi. O, dedi ki, səhər çıxıb getməliyik. Bizə yalnız bir neçə at aparmağa icazə verdilər. Lakin başqa bir erməni atın cilovundan yapışıb dedi: "Siz bu atı aparmayacaqsınız". Mən balaca idim, ağlayırdım. Onlar atı apardılar və biz piyada getdik", - Xaliq Hümbətov telekanala danışıb.

X.Hümbətov artıq böyük kişidir. O, 27 il olmadığı doğma yerlərinə qayıtdıqda sevinc göz yaşlarını güclə saxlayıb.

Qeyd edək ki, Azərbaycan Ordusu oktyabrın 3-də Suqovuşan kəndini işğaldan azad edib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə kəndin tarixi adı özünə qaytarılıb. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO