Paşinyanın Moskvadakı gizli görüşlərinin detalları ÜZƏ ÇIXDI

Paşinyanın Moskvadakı gizli görüşlərinin detalları ÜZƏ ÇIXDI

Hazırda oxunan: Paşinyanın Moskvadakı gizli görüşlərinin detalları ÜZƏ ÇIXDI

42305

Xəbər verdiyimiz kimi, Ermənistan hökuməti cari büdcə xərclərini təmin etməkdə çətinlik çəkir. Ancaq Ermənistanda adını gizli saxlayan məmur Paşinyanın bu “işin” öhdəsindən necə gəldiyini açıqlayıb və bildirib ki, baş nazir şübhəli mənbələrdən ölkə büdcəsinə pul “köçürür”. İndi isə Ermənistan iqtisadiyyatının “sponsorları” ilə bağlı bəzi təfərrüatlar “Past” qəzetində yer alıb.

Bizim.Media xəbər verir ki, qeyd olunur ki, Ermənistan baş naziri Moskvaya son səfəri zamanı təkcə rəsmi görüşlərlə məhdudlaşmayıb, pərdəarxası görüşləri də olub.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni diasporu Paşinyanla niyə görüşmək istəmir? – Səfir Moskvada əl-ayağa düşüb


Xüsusilə, erməni mətbuatı yazır ki, Paşinyan Rusiya paytaxtında Ermənistan işgüzar dairələrinin bəzi nümayəndələri ilə görüşlərdə onları hər cür inandırmağa çalışıb ki, bu mərhələdə ölkədə baş verən proseslərdə daha fəal iştirak etməlidirlər:

“Çünki bu, çox vacib bir keçid dövrüdür və Ermənistanın hər zamankındən daha ciddi investisiyalara və əlavə maliyyə axınlarına ehtiyacı var”.

Ancaq qeyd edildiyi kimi, Paşinyan əhəmiyyətli nəticələr əldə edə bilməyib, çünki erməni işgüzar dairələrinin nümayəndələrinin ona inamı qalmayıb. 

Eyni zamanda Paşinyana maddi dəstək verməyi qəbul edənlər də tapılıb.

Üstəlik, Ermənistan hökumətinin himayədarları yerdəki vəziyyəti daha yaxşı başa düşmək üçün öz elçilərini yaxın vaxtlarda İrəvana göndərmək niyyətindədirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO