İran və Türkiyə Moskvada kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı müzakirələrdə birbaşa iştirak etməsə də bunun bütün bölgəyə müsbət təsir edəcəyi aydındır.
Bizim.Media “armeniasputnik.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli danışıqlar kontekstində Tehran və Ankaranın mövqeyi ilə bağlı sualı cavablandırarkən jurnalistlərə bildirib.
Onun sözlərinə görə, kommunikasiyaların blokadadan çıxarılması, şübhəsiz ki, regional əhəmiyyət kəsb edir, çünki bu, sülhün təminatlarından biridir.
"Bölgədəki ümumi effekt kommunikasiyaların açılmasından asılıdır. Bunun Gürcüstan və İrana da birbaşa təsiri olacaq. Amma biz danışıqlar prosesinə üçüncü tərəfin cəlb edilməsini nəzərdə tutmuruq. Hələ belə formatımız və razılaşmamız yoxdur”, deyə Baş nazirin müavini qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
12:55 / 19.10.2021
Moskvada Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri nədən danışacaqlar? – DETALLAR açıqlandı
Hazırda oxunan: Moskvada Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri nədən danışacaqlar? – DETALLAR açıqlandı
Hazırda oxunan: Moskvada Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri nədən danışacaqlar? – DETALLAR açıqlandı
42276
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.