Etirzaçılar Paşinyanın məsuliyyətə cəlb edilməsini tələb etdi

Etirzaçılar Paşinyanın məsuliyyətə cəlb edilməsini tələb etdi

Hazırda oxunan: Etirzaçılar Paşinyanın məsuliyyətə cəlb edilməsini tələb etdi

4201

İrəvanda etirazçılar onlar müharibə barədə onlar üçün gizli qalan məqamlara aydınlıq gətirlməsini tələb ediblər.

Bizim.Media erməni mətbuatına  istinadən xəbər verir ki, Baş prokurorluğun qarşısına yığışan etirazçılar kapitulyasiya aktını imzaladığı üçün Paşinyanın məsuliyyətə cəlb olunmasını tələb ediblər.

"Müharibə ilə əlaqəli bir çox sual var - niyə bütün səfərbərlik resurslarından istifadə olunmadı, generalların niyə döyüş əməliyyatlarına girməsinə icazə verilmədi, niyə bütün növ silahlar döyüşlərə cəlb olunmadı, niyə ərazilər verildi? Prokurorluq bütün suallara cavab verməlidir və cinayət işi açmalıdır, ancaq bu qurum Paşinyana xidmət etməyə davam edir”,- deyə Ermənistanın "Milli Gündəm” partiyasının lideri Ara Akopyan jurnalistlərə bildirib.

Akopyan dövlətçiliyin və ölkənin ciddi bir təhlükə ilə üzləşdiyini deyib. Onun sözlərinə görə, ölkənin və vətəndaşların taleyi ilə bağlı qərarları digər dövlətlər verirlər
 
Akopyan hesab edir ki, parlamentdə baş nazirin impiçment prosesini başlatmaq, eyni zamanda başqa bir baş nazir və böhran hökuməti təyin etmək lazımdır.
 
"Paşinyan təhlükəsizlik zəmanəti gözləyir, amma kimdən bəlli deyil. Bəlkə də xarici tərəfdaşlarından. Biz icazə verdiyimiz vaxta qədər o, hakimiyyətdə qalacaq, bu səbəbdən biz ictimai təzyiqlərə müraciət etməliyik”,- deyə Akopyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO