Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəkili Bek Basilaya hesab edir ki, ölkə prezidenti Salome Zurabişvili mitinqdən sonra siyasətçini əfv edə bilər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Mənbə yazır ki, oktyabrın 14-də Tbilisinin mərkəzindəki Azadlıq meydanında Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılmasını tələb edən minlərlə tərəfdarının mitinqi keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Tbilisidəki “Mişaya azadlıq!” aksiyası sona çatıb - VİDEO
"Prosedurlar var, sərbəst buraxıla bilər. Məsələn, prezident bu məsələni əfvlə həll etmək səlahiyyətinə malikdir. Bu, mümkündür. İndi biz böyük bir mitinq gördük, Gürcüstan tarixində belə mitinqlər yalnız barmaqla xatırlana bilər. İndi isə Prezidentin öhdəliyi və məsuliyyəti olacaq”, deyə vəkil qeyd edib.
O əlavə edib ki, Saakaşvili özünü "çox güclü" hiss edir, lakin fiziki vəziyyəti "çox da yaxşı deyil".
Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. Ona qarşı bir neçə cinayət işi açılıb.
Saakaşvilinin Ukrayna vətəndaşlığı var. Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl qeyd etmişdi ki, Saakaşvilinin geri qaytarılması ilə şəxsən özü və ölkə hakimiyyəti məşğul olacaq.
Prokuror Jarji Tsiklauri keçmiş prezidentin Ukraynaya təhvil verilməsi məsələsinə baxılmadığını söyləyib.
Həbsdən sonra Saakaşvili ittihamlarla razılaşmadığı və özünü siyasi məhbus hesab etdiyi üçün aclıq elan edib. Eks-prezident bankir Sandro Girgvlianinin öldürülməsində və deputat Valeri Gelaşvilinin döyülməsində qiyabi olaraq məhkum edilib.
Birinci halda, o, üç il, ikincisində altı il həbs cəzasına məhkum edilib. Bundan əlavə, Saakaşvili 7 noyabr 2007-ci il müxalifətin mitinqinin dağıdılması, İmedi telekanalına hücum və dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi işlərində iştirak edir.
Bizim.Media