Separatçı rejimin müşaviri: ”Türkiyə və Azərbaycan ən dürüst düşmənlərdir”

Separatçı rejimin müşaviri: ”Türkiyə və Azərbaycan ən dürüst düşmənlərdir”

Hazırda oxunan: Separatçı rejimin müşaviri: ”Türkiyə və Azərbaycan ən dürüst düşmənlərdir”

4172

Ermənsitanın məşhur politoloqu, separatçı rejimin xarici işlər üzrə müşaviri David Babayan Azərbaycan və Türkiyəni ən dürüst düşmən adlandırıb.

Bizim.Media xəbər verir ki, o,  “RİA Novosti” yə  verdiyi müsahibədə Qarabağla bağlı üçtərəfli müqaviləni Brest-Litovsk sülh sazişinə bənzədib.

Politoloq bu bəyanatın şərtlərinin çox əlverişsiz və erməni xalqının maraqlarına zidd olduğunu söyləyib:

"Bu razılaşma bizim üçün çox -çox çətin oldu. Bu, Brest-Litovsk Sülhünə bənzəyir, daha da betərdir. Bununla birlikdə, baş verənlərdə digər qüvvələri deyil, ilk növbədə özümüzün günahkar olduğumuzu anlamalıyıq”.

Babayan Türkiyə və Azərbaycanın Qarabağla bağlı istəklərini  heç zaman gizlətmədiklərini də vurğulayıb:

“Mən Türkiyə və Azərbaycanı da günahlandırmıram. Dəfələrlə söylədiyim kimi “onlar ən dürüsüt düşmənlərdir”. Onlar əsl niyyətlərini heç vaxt gizlətməyiblər. Stepanakert (Xankəndi-red) və Şuşa əsas məqsədləri olub”-deyə erməni siyasətçi əlavə edib.

Babayan əminliyini ifadə edib ki, iki ölkə arasındakı hərbi gərginləşmədə və əldə olunan razılaşmada əsas günahkar Ermənistandır.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO