Ermənistan daha bir “bacarıqsız” səfirini geri çağıracaq

Ermənistan daha bir “bacarıqsız” səfirini geri çağıracaq

Hazırda oxunan: Ermənistan daha bir “bacarıqsız” səfirini geri çağıracaq

41527

Ermənistanın İspaniyadakı səfiri Vladimir Karmirşalyan tezliklə geri çağırılacaq. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiya "Hraparak" qəzetində yer alıb.

Mənbə yazır ki, Karmirşalyan "bacarıqsız" diplomatlar sırasına daxil edilib. 

Alınan son məlumata görə, onu “Mənim addımım” blokundan keçmiş deputat Sos Avetisyan əvəz edəcək.

"Hraparak" xatırladır ki, bundan əvvəl Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan geri çağırılmışdı. Bu il o, 70 yaşını qeyd edib və geri çağırma bu şərtlə diktə edilə bilər. 1999-2000-ci illərdə Tumanyan nazirin birinci müavini, sonra prezident administrasiyasının rəhbəri vəzifəsini tutub. Robert Köçəryanın kadrı sayılan Artaşes Tumanyan bundan əvvəl millət vəkili olub, daha sonra vergi xidmətinə rəhbərlik edib.

Tumanyanın yerinə Arsen Avakyan səfir təyin edilib. Qəzet Avakyanın hazırlıqlı bir diplomat olduğunu qeyd edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO