Ermənistanda hərbi hissənin ərazisi satıldı – Ölkədə daha bir ÖZBAŞINALIQ

Ermənistanda hərbi hissənin ərazisi satıldı – Ölkədə daha bir ÖZBAŞINALIQ

Hazırda oxunan: Ermənistanda hərbi hissənin ərazisi satıldı – Ölkədə daha bir ÖZBAŞINALIQ

41306

2008-ci ildə Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli komandirləri Stepanavanda 6 hektar sahəsi olan keçmiş hərbi hissənin ərazisini satıblar.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya ermənilərə məxsus Telegram kanalında yayılıb.

Mənbə yazır ki, bazar qiyməti 180 milyon dram olan "xüsusi təyinatlı" ərazi 58 milyon drama adı açıqlanmayan alıcıya verilib.

Daha sonra, 2008-ci ilin aprelində, Müdafiə Nazirliyinin "alqı-satqı" müqaviləsi əsasında Dövlət Kadastr Komitəsi ərazinin "xüsusi təyinatını" "əhalinin məskunlaşması” ifadəsi ilə əvəzləyərək mülkiyyət haqqında sertifikat verib.

Bu məlumata indiyədək Ermənistan Müdafiə Nazirliyi şərh verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO