Nazirlər Kabinetində dəyişiklik edildi – Ərdoğan açıqladı

Nazirlər Kabinetində dəyişiklik edildi – Ərdoğan açıqladı

Hazırda oxunan: Nazirlər Kabinetində dəyişiklik edildi – Ərdoğan açıqladı

41176

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib ki, iki yeni nazirlik yaradılıb.

Bizim.Media xəbər verir ki, bunlar Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi, Miqrasiya nazirlikləridir.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyətindən DANIŞDI 


Paris İqlim Müqaviləsinin Türkiyə parlamentində yaxın zamanda təsdiqinin gözlənildiyini vurğulayan Türkiyə Prezidenti yeni nazirliyin nəzdində İqlim Dəyişikliyi və Adaptasiya Komissiyası yaradıldığını, İqlim Dəyişikliyi İdarəsi qurulduğunu, Metrologiya, Çölləşmə və Eroziya ilə Mübarizə Baş İdarələrinin yeni nazirliyin nəzdinə keçdiyini bildirib.

R.T.Ərdoğan Türkiyənin Daxili İşlər Nazirliyinin nəzdində olan Miqrasiya İdarəsinin isə müstəqil Miqrasiya Nazirliyi olaraq fəaliyyət göstərəcəyini bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO