Kremldə Putin Paşinyanla nəyi müzakirə edəcək?

Kremldə Putin Paşinyanla nəyi müzakirə edəcək?

Hazırda oxunan: Kremldə Putin Paşinyanla nəyi müzakirə edəcək?

41088

Oktyabrın 12-də Moskvada Vladimir Putinlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında danışıqlar keçiriləcək.

Bizim.Media “ru.yerevan.today” saytına istinadən xəbər verir ki, bu haqda informasiyanı Kremlin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 10 Noyabr 2020 və 11 Yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinin, eləcə də bölgədə sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin qurulması istiqamətində atılacaq addımların nəzərdən keçirilməsi planlaşdırılır.

Bundan əlavə, Avrasiya məkanında ikitərəfli əlaqələrin və inteqrasiya birliklərində qarşılıqlı əlaqənin inkişafının aktual məsələləri müzakirə olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO